Dördüncü bab

Məhəmməd Füzuli (1494–1556)

Hədiqətüs-süəda

Хakü əflak madərü pedəri,Cüft olanda məgər nəticələri.Ələmü şiddətü məşəqqət imiş,Qəmü ənduhü dərdü möhnət imişKi, cəhan içrə yох bulardan qeyr,Həmnişini-sülukü həmdəmi-seyr.

Zali-məkkarədür cəhani-xərab,Qəmzeyi-şuxi afəti-əhbab.Rəngi-gülguneyi-üzari’ əyan,Didədən əhli-dərd tökdügi qan.Tərfi-ruyində lö’lö’i-lala,Gövhəri-əşki-aşiqi-şeyda.Daneyi-xali-ruyi daği-cigər,Türrəsi dudi-ahi-əhli-nəzər.Müztərib xəstələr müdam andan,Bulmamış hiç xəstə kam andan.

Vəh ki, dövrani-fələk Fatimeyi-Zəhranın,Qönçeyi-lalə kibi qıldı qara bağrını qan.Bir zaman keçmədi əyyami-həyatından kim,Dili-pürxunini yandırmadı min daği-nihan.

Şər’ gülzarinə rövnəq verdi bir növrəs nihal,Asimani-dinə pərtöv saldı bir fərrux hilal.Ol nihalın bərgü barindən dolub daməni-dəhr,Ol hilala qıldı ənvari-hidayət intiqal.

Həzər qıl naleyi-məzlumdan, ey səngdil zalimKi, tiri-ahının peykanı gərdundan güzar eylər.Sinani-bərqdir ahi-təzəllüm, ehtiraz et kim,Əgərçi səngdilsən, zəxmi anın daşa kar eylər.

Gövhəri-dəryayi-hikmətdir kəlami-dilkəşin,Tairi-dil seydinə hər nüktəsi bir danədür.Rişteyi-irfana canpərvər sözün dürlər düzər,Söz budur kim, sən dedin, qeyrin sözü əfsanədir.

Оl ki, eşq içrə bəni şöhreyi-dövran etdi,Getdi qəm, gəldi [fərəh, cümlə] küdurət getdi.

Ya Rəb, əsiri-dami-bəlavü müsibətəm,Müstəğrəqi-təlatümi-bəhri-zəlalətəm.Bərqi-günah yaxdı binayi-vücudimi,Rəhm et ki, zillət ilə tələbkari-rəhmətəm.

Еy tökən zülmilə övladi-Rəsulun qanını,Olmamış guya xəbər qovğayi-məhşərdən sana.Məsti-cami-cəhdü qəflətsən özündən bixəbər,Xövf yох Həqdən, xəcalət yох Peyğəmbərdən sana.

Laleyi-rüxsarı olmuş zivəri-baği-behişt,Xaki-payi xüld bağın eyləmiş ənbərsirişt.Sün’ me’marı bina qıldıqda qəsri-hüsnünü,Müşki-nabü laleyi-həmradan etmiş xakü xişt.

Bən sərbüləndi-aləm idim aləm olmadan,Xaki-dərin məqamım idi Adəm olmadan.Dövlət buraxmış idi bəni asitaninə,Adəm behişt xəlvətinə məhrəm olmadan.

Хardan xunrizlig gördükcə gül xəndan olur,Səbr edən хеylü həşəm bidadinə sultan olur.Möhnətə səbr eyləyən rahət bulur kim, Yusufa,Səltənət təxtinin əvvəl payəsi zindan olur.

Sən şəhənşahi-səriri-ədlsən,Bən sənin bir bəndeyi-fərmanınam.Ribqeyi-hökmündən etmən inhiraf,Nişə kim, pərvərdeyi-ehsanınam.

Mərdümi-surətpərəstin himməti kutah olur,Məhvi-surət zövqi-mə’nadan qaçan agah olur.

Məqsudin əgər din isə dünyadan keç,Allaha yapış, cümleyi-əşyadan keç.Tapşur nəmi-əşkü şö’leyi-ahainan,Yə’ni ki, səradan və Sürəyyadan keç.

Tulu’ etdi bürcündən ol afitab,Buraxdı cəmalindən afaqa tab.Qədəm xaka basdıqda ol nuri-pak,Qənadili-nur oldu əczayi-xak.

Kimdir aya bu ki, nurilə münir oldu cəhan,Məhi-rüxsarinədir dideyi-dövran nigəran.Özü sərvər, qədi dilbər, rəvişi canpərvər,Oturur şəm’, durur sərv, yürür ruhi-rəvan.

Biz cəhanı paymal etmiş cahanpeymalərüz,Qülleyi-Qafi-qəna’ət bəsləyən ənqalərüz.Fəqriləndir fəxrimiz, dünyaya rəğbət qılmanuz,Cifəyə meyil etmənüz, tutiyi-şəkkərxalərüz.

Səndən ayrılmaq mə’azallah bir ölməkdir bana,Bil ki, ayrılmaqdan ölmək bəlkə yegrəkdir bana.

Еy mürəssə’ tac məğruru olan, bil kim, fələkHər kimi aləmdə bir rəng ilə eylər xaksar.Lə’l sanma kim, firibi-firqeyi-ətfal üçün,Rəng vermişdir qara toprağa dövri-ruzigar.

Biz məta’i-mülki-dünyadan fərağət qılmışuz,Kimyayi-fəqrdən kəsbi-səadət qılmışuz.Qeyrə et, ey çərx, ərzi-cahü mülkü mali kim,Biz qənaət əhliyüz, fəqr ilə adət qılmışuz.

Mülki-dünyada bizi cahil mühəqqər görməsün,Biz bəqa mülkün müsəxxər eyləyən sultanlərüz.Aləmi-mə’nidə ə’ladır qamudan qədrimiz,Gərçi surətdə həqirü bisərü samanlərüz.

Nola gər ən’amını amm etsə xani-lütfdən,Ol ki, xasü amm xani-lütfünün mehmanıdır.Nola gər Məryəmdən əfzun görsə nəqdi-pakini,Ol ki, İsa bir kəminə bəndeyi-fərmanıdır.

Dəhr nüzhətxaneyi-iqbalı viran eylədi,Gənci-İslamı fələk topraqda pünhan eylədi.Tey qılub rahət büsatın dəhrdən fərraşi-çərx,Surəti-cəm’iyyətin xəlqin pərişan eylədi.

Еy хoş ol saət ki, dildar ola, dəyyar olmaya,Yar ola xəlvətdə, ətrafinda əğyar olmaya.Yar halın yara izhar etməyə fürsət bulub,Müddəi agah, naməhrəm xəbərdar olmaya.

Еy fələk, darüş-şəfayi-şər’i viran eylədin,Əhli-dərdi mübtəlayi-daği-hirman eylədin.Pərdeyi-idbara çəkdin çehreyi-iqbalimi,Cəm’ edüb yüz qəm bana halım pərişan eylədin.Asimani-şər’ xurşidinə göstərdin zəval,Mahi-mülki tirə topraq içrə pünhan eylədin.Gər desəm kafirsən, ey gərdun, əcəb yох nişə kim,Qəsdi-qətli-müqtədayi-əhli-iman eylədin.

Başıma elə müsibətlər gəldi ki, gündüzün başına gəlsəydi, gecəyə dönərdi!</ref>."}}' id="mwASg">Sübbət ’əla məsaibun ləv-ənnəha,Səbbət ə’ləl-əyyami sirnə ləyaliya.

Hicri bağrım qan edən gülbərgi-xəndanım qanı?Rahəti-cani-həzinü cismi-suzanım qanı?Dideyi-nəmnakimə tar oldu aləm, ey fələk,Ləm’еyi-rüxsari-xurşidi-dirəxşanım qanı?

Düşdükcə yadimə ələmi-dəşti-Kərbəla,Könlüm fəğanü naləyə biixtiyar olur.Gəldikcə yadimə ləbi-xüşki-şəhi-şəhidBiixtiyar çeşmi-tərim əşkbar olur.Əyyam üçün bəlalərə salmışdürür bəni,Bən gördügüm bəlaləri kim görsə zar olur.

Vəqt oldu ki, şami-hicr ola sübhi-vüsal,Təğyirpəzir ola bu keyfiyyəti-hal.Vəqt oldu ərusi-vəsl olub pərdənişin,Ərz eyləyə şahidi-qəmi-hicr cəmal.

Kərbəla dəştində Xatuni-qiyamət, ah, əgərQərqi-xun görsəydi Şahi-Kərbəlanın halini.Hiç şək yох kim, qılurdı Kərbəla toprağini,Qərqi-xun, gözdən töküb seylabi-əşki-alini.

Ah kim, hər dəm fələk dərd üzrə dərdim arturur,Göstərür bir dərd, bir dərdinə dərman etmədən.Bağrımı büryan edər hər ləhzə bir bərqi-bəla,Bir bəlaya hüsni-tədbir ilə dərman etmədən.

Va həsrəta ki, yaxdı bəni atəşi-vida’,Ya Rəb ki, münqəte’ ola ayini-inqita’.

Həyatimdən həman bir dəm qalıbdır olma qafil kim,Müyəssər ola zövqi-dövləti-vəslin dəmi-axir.Həyati-müstə’arim kisvətin tarac edüb gərdun,Kəfəndən əynimə geydirmək istər xəl’əti-faxir.

Sındırdı nihali-ömrümü badi-əcəl,Can mürğinə dam qurdu səyyadi-əcəl.Tən rabitəsin ruhdan istər qıla qət’Şəmşiri-siyasət ilə cəlladi-əcəl.

Çün bəni səndən fələk naçar məhcur eyləyə,Xaki-payindən bəlakeş başumı dur eyləyə.İltimasım səndən oldur kim, qübari-məqdəmin,Ruhimi bir dəm mülaqatilə məsrur eyləyə.

Dildar buraxdı tərhi-qəmxaneyi-hicr,Saqiyi-zəmanə dutdu peymaneyi-hicr.Dərda ki, sərayi-vəsl ikən təkyəgəhim,Vəqt oldu məqamım ola viraneyi-hicr.

Bir nəzər qıl kim, dəvayi-dərdi-bimari-fəraq,Bir nəzərdir nərgisi-mərdümşikarindən sənin.Bir təkəllüm qıl ki, ərbabi-mətalib məqsədi,Bir təkəllümdür ləbi-gövhərnisarindən sənin.

Bizi fəryada gətürdi fələki-kəcrəftar,Necə əfğanlar edüb qılmayalım naləyi-zar?!Verdi cəm’iyyəti-əhvalimizə dövr xələl,Saldı ayineyi-iqbalimizə dəhr qübar.Qıldı növmid bizi səbzeyi-pəjmürdə kibi,Fərqimizdən götürüb sayəsini əbri-bəhar.

Qayəti-dövri-ruzigar budur,Hali-dövrani-bimədar budurKi, fəraqa mübəddəl ola vüsal.Yetə aləmdə hər kəmala zəval.

Hər zəman üşşaqı bir dərd ilə dövran zar edər,Bu çəmən hər ləhzə bir möhnət gülün izhar edər,Dərd tə’limin verüb gərdun təriqət tiflinə,Bu bəlalar dərsdir kim, dəmbədəm təkrar edər.