Fəsli-ibtilayi-Həzrəti Yəqub

Məhəmməd Füzuli (1494–1556)

Hədiqətüs-süəda — Babi-əvvəl

Müsibəti-Həsənü möhnəti-Hüseyni-şəhidDəmi ki, oldu qəməfzayi-təb’i-paki-Rəsul,Təsəlliyi-dili-paki-Rəsul üçün HəqdənBəyani-qisseyi-Yə’qubü Yusif etdi nüzul.

Cəmali-bibədəlü fitneyi-xəvasü əvam,Güli-həmişəbəharü məhi-həmişətəmam.

Həva tündbadi binalər yıxar,Həsəd atəşi xanimanlər yaxar.

Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül,Sildi mirati-zəmiri-pakdən zəngar gül.San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim,Çıxdı andan daməni-çakilə Yusufvar gül.

Ləzzəti-zövqi-cəmalı dəmbədən əfzun olur,Arizin gördükcə göz, könlüm betər məftun olur.

Bu bəhri-nilgun bin mövc hər saət əyan eylər,Ülüləbsarə bir-bir kəşfi-əsrari-nihan eylər.

Şəbi-vida’ səhərgahi-ruzi-hicrandır,Əsasi-bünyeyi-fəryadü ahü əfğandır.

Hiç məqsudə dəstərəs bulmaz,Qeyri-Mə’budə е’timad qılan.Vasilə-mənzilə-murad olmaz,Unudub anı qeyri yad qılan.

Getdi ol sərv ki, kami-dili-divanə idi,Mürği-can nuri-ruxi-şəm’inə pərvanə idi.Qaldı hicrində könül müztəribü sərgərdan,Ey хoş ol dəm ki, ana həmdəmü həmxanə idi.

Kimi köksündə eylərdi məqamın,Kimi başda məqami-ehtiramın.Kimi eylərdi gərdi-damənin pak,Yolunda rəf’edərdi xarü xaşak.Kimi təkrar edüb göftari-şirin,Verürdi nazənin təb’inə təskin.Güruhi-hiyləəngizü cəfacuKəmali-məkr ilə Yə’qubə qarşuQılub izhari-asari-tələttüf,Qılurlardı qamu tə’zimi-Yusuf.

Kəfi-payın cərahət qıldı pürxun,Səmən bərgini xunab etdi mülgun,Qubaraludə oldu mah ruyi,Pərişan cə’di-muyi-müşkbuyi.Kimə kim, eylədi dərdini izhar,Ana əlbəttə andan yetdi azar.Kimin kim, damənini dutdu ol pak,Giribanını qıldı gül kibi çak.Kimin kim, ayağına düşdü ol nur.Başından qıldı rə’fət sayəsin dur.

Pəjmürdə qıldı sərvi-xuramanı qəhti-ab,Gülbərgə düşdü tabi-hərarətdən iztirab.

Ruzi-rəzmi-Kərbəla rahi-xəta dutmuş Fərat,Qılmamış Ali-Məhəmməd dərdinin dərmanini.О səbəbdəndir bu kim, üzr ilə dutmuş müttəsil,Eyləyib fəryad xaki-Kərbəla damanini.

Çü növmid oldu əfğan etdi Yusuf,Düri-əşkini qəltan etdi Yusuf,Cigər qanilə müjganun qılub nəm,Nəmi-müjgan ilə derdi dəmadəmKi, ey seyli-sirişki-tündrəftar,Çü mane’ yох sana, lütf eylə zinhar.Yürü Yə’qubə halimdən xəbər ver,Qəmi-biе’tidalimdən xəbər ver.Xəbər ver söylə, ey piri-bəlakeş,Qılıbdur Yusufu gərdun müşəvvəş.Olubdur xaki-zillət xaksarı,Nə həmrazı, nə qəmxarı, nə yarı.

Təhqiqi-möhnətü qəmi-Ali-Əba üçün,Səhrayi-Kərbəlaya güzar eylə, ya Nəbi.Hali-Hüseynə xaki-məzəllətdə qıl nəzər,Əndişeyi-qəribi-diyar eylə, ya Nəbi.

Dərda ki, dari-dəhrdə bir yar qalmadı,Şərhi-qəmi-dil etməgə qəmxar qalmadı.Tey qıldı cövr dövri-mürüvvət büsatını,Mütləq büsati-dəhrdə dəyyar qalmadı.

Tənini pirahəndən qıldılar ur,Gülün bərgi-səməndən saldılar dur.Rəsənlər eyləyib ə’zasinə bənd,Dərunin yaxdılar qəndil manənd.Müqəyyəd olmayub fəryadü ahə,Anı endirdilər ol tirə çahə.Şüa’i-nuri-ruyü bərqi-ahıMünəvvər eylədi ol tirə çahı.

Səbr qıl, səbr ilə məqsudinə səbr əhli yetər,Səbr edən səbr ilə sərrişteyi-məqsud dutər.

Bir xəbər ver, ey səba, sərvi-rəvanım qandadır,Canımın aramı yох, arami-canım qandadır?Neylədin, netdin, fələk, xurşidi-aləmtabimi,Ol rüxi fərxündə, mahi-mehribanım qandadır?

Bəni dur etdin, ey dövri-fələk, bir mahsimadənKi, zövqi-vəsldir yegrək bana dünyavü üqbadən.Şəbi-tarikdən, ey gərdun, qiyas etgil onun halinKi, düşmüşdür cüda bir aftabi-aləmaradən

Qəribi-mülki-eşqəm, qeyri-əşkü ah, dərdü qəmNə bir müşfiq, nə bir munis, nə bir yarü nə bir həmdəm.

Еy qılanlar arizuyi-abi-Kövsər dəmbədəm,Təşnə dünyadan gedən Ali-Rəsuli yad edin.Macərayi-Kərbəla zikrin qılın şamü səhər,Təb’iniz ol zikri-rə’fətbəxşlə mö’tad edin.

Güllər açıldı, görünməz ol güli-xəndan, nə sud!Çıxdılar səyyarələr, çıxmaz məhi-taban, nə sud!

Nedərəm canü cəhanı, bana dildar gərək,Nədürür canü cəhan, aşiqə didar gərək.

Bəsteyi-dami-qəmi-hicrani-yarəm, neyləyim,Eyb qılman giryəmi, biixtiyarəm, neyləyim.

Bir oğlundan cüda düşmüşdü Yə’qub,Hücumi-giryə qılmışdı gözün kur.Əcəbmi giryə qılsam bən ki, düşdümNeçə Yusuf kibi mə’sumdən dur.

Bənim halım nə bilsin olmayan möhnət giriftarı,Bəla azürdəsi, qürbət pərişanı, qəm əfgarı.

Mərdanə gərək bəladə aşiq,Üşşaqə cəzə’ degil müvafiq.Bisəbr degil müradə qabil,Səbrilə olur murad hasil.

Dudi-dildən çehreyi-xurşidə gər çəksəm niqab,Ta Qiyamət əhli-dünyaya görünməz afitab.

Aləmi-eşq içrə oldur adəti-mə’hud kim,Aşiq əhli-dərd olub, mə’şuq olan bidərd ola.Hiç aşiq xatiri-mə’şuqə azar istəməz,Mərd olan mə’şuqə cövr etməz məgər namərd ola.

Büzürgvar Xudaya, əsirü heyranəm,Şikəstəhalü dilazürdəvü pərişanəm,Müqimi-guşeyi-qəm, mübtəlayi-dami-ələm,Əsiri-dərdü giriftari-bəndü zindanəm.

Bir xəbər ver, ey səba, ol mahi-tabandan banaKim, qəmi-eşqində yüz qəm yetdi dövrandan bana.Olma qafil, Tanrıçün, daim tərəddüd eyləyüb,Gəh yetür bəndən ona peyğam, gəh ondan bana.

Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdün,Təni-bicanə candan, canə canandan xəbər verdün.

Hiç kim, ya Rəb əsiri-dərdi-hicran olmasun,Mənzili Yə’qub nisbət Beytül-Əhzan olmasun.Aşiqin bir dəm muradınca mədar etməz fələk,Necə hər dəm gəlməsün fəryadə, giryan olmasun.

Səfheyi-çehrəmdə şərhi-möhnətim mərqumdur,Zahirimdən batinim keyfiyyəti mə’lumdur.

Gör rüxi-zərdimdə, ey həmdəm, sirişki-alimi,Ol güli-rə’naya bu rəng ilə bildir halimi.

Çün dəmi şad olmazam dövri-cəfa-əncamdan,Kaş hərgiz doğmayaydım madəri-əyyamdan.

Əfakəllah, ey qasidi-хoşxüram,Yetirdün bana dilbərimdən pəyam.Rümuzi-nihan aşikar eylədün,Bəni vəslə ümmidvar eylədün.

Dərda ki, əhli-danişü idrak getdilər,Məcruhü dilşikəstəvü qəmnak getdilər.Alayişi-zəxarifə aludə olmayub,Dünyaya pak gəldilərü pak getdülər.

Bənzəməz Yusufun əhvalına əhvali-Hüseyn,Nişə kim Yusuf olub bəsteyi-zənciri-mihən.Düşdü zəncirə, vəli qılmadı zəncirsifət,Tiri-bidadi-ədu cismini rövzən-rövzən.