Fəsli-ibtilayi-Nuh əleyhissəlam
Hədiqətüs-süəda — Babi-əvvəl
Seyli-bidadü sitəmdir mənşəi-tufani-Nuh,Olmasın qafil bəladan əhli-bidadü sitəm.Xaneyi-zalim gedər seylabə manəndi-hübab,Dutsa tufan aləmi məzlumə tufandan nə qəm.
Ya Rəb, nə fitnədir ki, xərab etdi aləmi,Azürdə qıldı ruhi-Rəsuli-mükərrəmi.Ə’yani-Ali-Əhmədə gərdun cəfa qılub,Əşrafi-Əhli-Beytə rəva gördü matəmi.Va həsrəta ki, buldu xələl seyli-fitnədən,Şər’in binayi-mütqinü bünyadi-möhkəmi.Gülzari-Kərbəlaya töküldü nihali-qəmХoşdur kim, anı eyləyə sirab göz nəmi.