Fəsli-əvvəl

Məhəmməd Füzuli (1494–1556)

Hədiqətüs-süəda — Onuncu bab

Ümuri-mərtəbeyi-ədldir təvəssüti-hal,Üduli mövcibi-ifratü baisi-təfrit.Səbəb budur ki, olub ’ədl cövr məğlubi,Həmişə fitnədən olmaz bəri büsati-bəsit.

Təbiət talibi-zövqü tərəbdir,Təriqi-əql qanuni-ədəbdir.Təbiətdir məzidi-rif’ətü cah,Muradi-əql tərki-masivallah.

Surəti-təhrirə gəlməz olsa dəryalar midad,Şərhi-bidadü bəlayi-rəzmgahi-Kərbəla.Kərbəlada həsr olub aləmdə hər möhnət ki, var,Bənd qılmışdır təriqi-səbri Şahi-Kərbəla.

Asiman açmışdı əbvabi-məlal,Əxtəri-iqbala yetmişdi vəbal.Fövt olub sərrişteyi-tədbiri-kar,Müztərib qalmışdı dövri-ruzigar.Münfə’il dövran müxalif dövrdən,Münzəcir aləm müşəvvəş tövrdən.

Əlvida’, ey dustlar kim, gəldi həngami-səfər,Ərş pərvazinə mürği-ruhum açdı balü pər.Yusifi-Misri-qəbuləm, çəkməz oldum həbsi-tən,Eylədim zindani-təngi-dəhrdən qət’i-nəzər.Necə ehmal eyləyəm mülki-bəqa əzmində kim,Şəm’i-ömrüm eylədi izhari-asari-səhər.Müztəribdir şövqi-təşrifimdə Şahi-Övliya,Müntəzirdir ləzzəti-didarimə Xeyrül-Bəşər.

Dərda ki, rəhgüzari-həvadisdə uğradıBidad girdbadinə şəm’i-cəmalınız,Ey mə’dəni-təharətü ismət gühərləri,Ya Rəb, nə ola xaki-məzəllətdə halınız?

Hiç kim, ya Rəb, bana manənd məhzun olmasun,Surəti-hali-həvadisdən digərgun olmasun!Bir yana ənduhi-qürbət, bir yana hicrani-dust,Necə dil püriztirabü didə pürxun olmasun?!

Bu müsibət qəfləti-mövt ilə asandır banaKim, qılur gərduni-gərdan canımı təndən cüda.Bu müsibət andan əfzundur təəmmül eyləsənKim, bəni səndən cüda eylər, səni bəndən cüda.Və gahi bu sürudla növhə bünyad edərdi. Şe’r:Çərxi-zalim aqibət mülkin xərab eylər, diriğ!Əmri-naməqbulü fikri-nasəvab eylər, diriğ!Zülməti-hicran ilə tarik edüb aləmləri,Əbri-bidadi niqabi-afitab eylər, diriğ!

Zəhi bədbəxt kim, kəsbi-şəqavət ixtiyar etdi,Özün dünya üçün bədnami-ruyi-ruzigar etdi.Zəhi-müdbir ki, məğlubu olub aləmdə şeytanın,Fəsad etməkdə insanı mələkdən şərmsar etdi.

Çıxdı gün, ya sineyi-gərduna urdu tazə dağBərqi-ənduhi-dili-övladi-Xeyrül-mürsəlin?Sübh pərtöv saldı, ya məzlumlar halın görüb,Qüssədən bimar olub zərd oldu rüxsari-zəmin?!

Haşim nəslindən pak bir peyğəmbərin oğluyam,<br>Öyündükdə bu iftixar mənə bəsdir.</ref>. "}}' id="mwWg">Ənəbnə nəbiyyə’t-tuhri min ali-Haşım,Kəfani bi-haza məfxəri hinə əfxəru.

Məkr bünyadı üstüvar olmaz,Hiylə asarı paydar olmaz.

Lilləhil-həmd ki, bən sahibi-irfan oldum,Qabili-mərtəbeyi-səhhəti-iman oldum.Əməli-batil imiş Ali-Məhəmməd büğzü,E’tiraf eylədim ol cürmə, peşiman oldum.

Ey çiraği-təl’ətin şəm’i-şəbistani-sürur,Gərdi-xaki-rəhgüzarın tutiyayi-çeşmi-hur.Ya Əmirəlmö’minin, üsyana iqdam eylədim,Bilmədim ki, böylə tüğyan edə ərbabi-qürur.Bilmədim ki, dutmayub şəm’i-risalət hörmətin,Irtikabi-zülmü bidad edə qövmi-bişüur.Ya Şəfi’ülmüznibin, üzri-günahım qıl qəbul,Görmə caiz bünyeyi-ümmidə hirmandan fütur.

Bənəm ol Hürr bin Yezidi-RiyahiKi, əzəldən mühibbi-Ali-Əbayam,Şükrü lillah kəmali-sidqü səfadan,Qabili-xidməti-vəliyyi-Xudayam.Tiği-xunrizlə zəmani-şücaət,Düşməni-duni-nabəkara bəlayam.

Qabili-kəşfi-rümuzi-hikmət olmaz hər kişi,Hər kimin fe’li nəqizi-qövldür, məzmum olur.Pərdeyi-təşkikdir bu zülməti-qeydi-həyat,Pərdə rəf’ olduqda halı hər kimin mə’lum olur.

Eşq meydanında can vermək degil ar, ey könül,Can verüb məqsuda yet, gər himmətin var, ey könül.Eşq bazarına salmışdır səadət gövhərin,Nəqdi-canın verməyən olmaz xəridar, ey könül.

Övlad atasının sirridir.</ref>."}}' id="mwpw">Ey xoş ol nütfeyi-pakizə kim, olOlmaya naqisü nadanü səfih.Qıla izhari-hünər kəsbin edüb,Mə’niyi-"Əl-vələdu sirrə əbih".

Ey xoş anlar kim, qılub feyzi-şəhadət kəsbini,Xəlqdən tövfiqi-iqbal ilə mümtaz oldular.Qıldılar cəm’iyyəti-dünyaya üqba ixtiyar,Feyz edüb, hasil bulub rif’ət, sərəfraz oldular.

Bənəm sahibi-tiğü gürzü kəmənd,Züheyr İbni-Həssan yəli-ərcümənd.Bənəm çakəri-xanədani-Rəsul,Kəmin bəndeyi-nuri-çeşmi-Bətul.Əgər kuhi-Qafilə qılsam məsaf,Məsafımda aciz olur kuhi-Qaf.

Nə e’tibar süruri-səriri-dünyayaKi, var kövkəbi-hökmündə ehtimali-üful.Xoş ol ki, eyləyə gərduni-tale’ində tüluSitareyi-şərəfi-mehri-xanəndani-Rəsul.

Bən müqimi-rövzeyi-lütfü riyazi-rə’fətəm,Xari-səhrayi-zəlalətdən xəbər vermən bana.Nuri-rəhmətdən münəvvərdir çiraği-dövlətim,Dudi-nirani-nədamətdən xəbər vermən bana.

Şüca’ət rəsmini sanman ki, ancaq xunfəşanlıqdır,Sipahilər içində hiylə həm bir pəhləvanlıqdır.

Hər nə dövlət var isə dünyada, olmaz bixələl,Dövləti-Ali-Nəbidir la-yəzalü ləm-yəzəl.

Tiği-düşmən namədir, məzmunu peyğami-əcəl,Müttəsil gəlməkdədir tədbiri-hicran etməgə.Açdı rövzənlər bədən qəsrinə peykani-bəla,Can çıxub nəzzareyi-rüxsari-canan etməgə.

Bihəmdillah, rəhi-eşqində can nəqdin nisar etdim,Verüb can xaki-dərgahində kəsbi-e’tibar etdim.

Demən ki, tiği-ədudan şəhidə yetməz feyz,Zülali-rövzeyi-rizvandır abi-tiği-ədu.Zülali-xəncəri-bədxahı səhl sanman kim,Hərarəti-dili-əhbabı rəf’ edər ol su.

Afərin ol səadət əhlinə kim,Rəhi-canana can nisar etdi.Qılmadı meyli-aləmi-fani,Dövləti-baqi ixtiyar etdi.

Tərki-dünya eyləyən əndişə qılmaz mövtdən,Qeydi-cəm’iyyət çəkən bidərdə ol düşvar olur.Ərseyi-mülki-bəqa seyrin qılan ariflərəTəngnayi-dərdi-zindan, dari-dünya dar olur.

Bu ərseyi-bəlada bənəm ol piyadə kim,Əzmimdə fil-bəndi-ədudan gedər səbat.Rüx şahi-din rikabinə sürmüş piyadəyəm,Lö’büm əcəbmi xəsmi-dəğəlbazi etsə mat.

Can fədayi-Kərbəla qıldım, bəladan dönməzəm;Əhli-təsliməm, bəlayi-Kərbəladan dönməzəm.Tərki-sərdir müddəa meydani-eşq içrə bana,Getsə başım dönməzəm, bu müddəadan dönməzəm".

Gərçi şəmşiri-sitəm zahirdə ancaq tiz olur,Tiği-Həq zahirdə həm, batində həm xunriz olur.

Vəqtdir kim, qıla məqsudini hər kim hasil,Vəqtdir kim, ola mətlubinə hər kim vasil.

Əmirim Hüseyn nə yaxşı bir əmirdir,<br>İşıq saçan çiraq kimi parlaqlığı vardır.</ref>"}}' id="mwARk">Əmiri Hüseyinün və ni’məl-əmir,Ləhu ləm’ətun kə’s-siracu-l-munir.

Dəhri-dun hər ləhzə bir növrəs gülü bərbad edər,Bülbüli-biçarə həsrətlər çəküb fəryad edər.

Ey xoş ol saət ki, can sərfi-rəhi-canan ola,Göstərüb aşiq vəfa mə’şuqinə, qurban ola.

Xoş ol arif ki, bildi mülki-dünyanın sərəncamın,Həyatından təməttö’ bulmayub içdi əcəl camın.

Rəngin kəman əlinə alan dəmdə gülrüxüm,Zəxmi-xədəngi ilə zəmin laləzar olur.Çak olsa sinələr nolə dövründə laləvar,Qövsi-qüzeh əlameyi-fəsli bəhar olur.

Hər dəm bəla yelin mütəhərrik qılur fələk,Hər ləhzə bir nihalı ayaqdan salur fələk.

Bir karzar qıldı ki, dövrani-ruzigarAləmdə görməmişdi anın kibi karzar.

Rəhmət ana ki, rahi-məhəbbətdə verdi can,Əndişeyi-təəllülü tə’xir qılmadı.Düşmən, təğəllübündən edüb vəhmü ehtiraz,Kəsbi-rizayi-dostda təqsir qılmadı.

Gün açıldıqca olub gərmiyyəti-qovğa füzun,Çıxdı dəşti-Kərbəladan daməni-gərduna xun.

Bu müqərrərdir ki, dərgahi-müqərrəb məhrəmiSayiri-nüzhətsərayi-rövzeyi-rizvan olur.Bu mühəqqəqdir ki, sultani-təmərrüd tabe’i.Sakini-zindani-möhnətxaneyi-niran olur.

Оlsa bina dideyi-idrak irfan əhlinə,Hasili-hər fe’lü nəf’i – hər əməl mə’lumdur.Demə Haman həşmət ilə keçdi, Harun fəqr ilə,Anı gör kim, şİmdi kim məmduhü kim məzmumdur.

Qubari-sipah oldu bir tirə miğ,Ana bərqü baran olub tirü tiğ.Sədayi-nəfir etdi gərdunu kər,Nəmi-xun qılub səfheyi-mahi tər.Bulub rəxnələr zəxmdən qəsri-tən,Rəvan etdi canlar vida’i-bədən.

Ey xoş ol kim, rəzm meydanında hatifdən ana,Yetdi həngami-təzəlzül müjdeyi-fəthi-qərib.Xani-ehsan üzrə oldu müstəhəqqi-feyzi-amm,Həm qəzadan bəhrə buldu, həm şəhadətdən nəsib.

Sərrafi-çərx rişteyi-feyzi-şəhadətəHər ləhzə danə-danə çəkər dürri-şahvar.Ol dürləri əlaqeyi-tərfi-izar edib,Artar cəmali-şahidi-bidadi-ruzigar.

Çün əhli-cəhan küştələrin yad edələr,Təhsin edələr, ruhların şad edələr.Can nəqdini sərf qıldığımdan qərəzim,Oldur ki, bəni daxili-te’dad edələr.

Bənəm Həbibi-Müzahir, mühibbi-Ali-Rəsul,Kəminə mö’təqidi-xanədani-zövci-Bətul.Hüseynə nəqdi-rəvan istərəm nisar qılam,Zəhi səadət, əgər olsa xidmətim məqbul!

Şükrü lillah gərçi nəsrin oldu reyhanım bənim,Dərmədən məqsəd gülün, bu bustandan çıxmadım.Hasil etdim, dövləti-cavid tuli-ömrdən,Vermədən cananıma canı, cəhandan çıxmadım.

Nəsrinə rəngi-lalə verüb xuni-nabdən,Arturdı baği-cənnətə pirayeyi-sürur.Kafurfam tarə çəküb danə-danə lə’l,Qıldı dəmi-müaniqə zibi-üzari-hur.

Təni-paki-şühəda sitri yetər pərdeyi-xun,Nola gər olsa dəmi-dəfn kəfəndən ayru.Şəfəqamiz günəşdir səri-xunini-şəhid,Nola yerdən-yerə gər getsə bədəndən ayru.

Sipər [dutmam] bəla peykanlarına, keçmişəm candan,Çü bən dəryaya qərq oldum, nə bakim var barandan.

Ey hərimi-dərgəhi-qədrində xadim sübhü şam,Şam bir Hindi kənizin, sübh bir Rumi qulam.

Bənəm Faris ol türki-xəncərgüzarKi, Bəhrama tiğİmdir ayinədar.Bana xidməti- xanədani-Rəsul,Yetər payeyi-rif’əti-iqtidar.Səadət rəfiqim olub, qılmışam.Hüseyni-Əli xidmətin ixtiyar.

Kimdir ol ki, ərseyi-dünyaya gəldi, getmədi,Kİmdir ol kim, qəsri-ömrün çərx viran etmədi?

Küreyi-nar idi xətireyi-xak,Əxkəri-mənqəl əxtəri-əflak.Mövc urub ləhzə-ləhzə bəhri-sərab,Təşnəyə artırırdı həsrəti-ab.Fitnə atəşgəhi olub meydan,Şö’lə şəmşir idi, şərər peykan.Ətəş urmuşdi aləmə xurşid,Aləm olmuşdu sayədən novmid.

Nədir, ey çərx, əşrarı əziz, əşrafı xar etmək,Xilaf əhlin sərəfraz, əhli-sidqi xaksar etmək?!Nədir qılmaq müqəddəm sadiqindən kazibin sübhün,Nücumun nəhsini sə’dindən ə’la e’tibar etmək?!Səriri-pürsəfayi-sübhə urmaq şö’leyi-atəş,Sərayi-təngnayi-şamı pürnəqşü nigar etmək?!Şərarət cilvəgahın rif’əti-qədr ilə gərdunsay,Vilayət xanədanın zülm əliylə tarümar etmək.Yezidi kamran, müstəğrəqi-dəryayi-cəm’iyyət,Hüseyni təşnələb bəd’əhdlər zülmüylə zar etmək?!

Ey nihali-nazpərvərdi-riyazi-Haşimi,Nazənin təb’i bəla gördükdə məhmum eyləmə.Bu bəla zimnindədir feyzi-kəmali-qürbi-Həq,Bu bəlaya tə’n edüb ol qədri məzmum eyləmə.

Həmnişinlər qıldılar əzmi-diyari-qürbi-Həq,Ol vəfa əhlinə ehmal etməyüb yetmək gərək.Etmək olmaz tiği-rəşki-sibqəti-əhbaba səbr,Tiği-ə’da ilə rəf’i-tiği-rəşk etmək gərək.

Diriğü dərd ki, xurşidi-asimani-kəmalCəfayi-çərxdən övci-şərəfdə gördü vəbal,Cəhan nəzareyi-hüsniylə xürrəm olmuşkən,Yetürdi cami-əcəl nuş edüb cəhana məlal.

Bənəm ki-nəqdi-Əqiləm, kəmin qulami-Hüseyn,Həqir baxma bana, ey müxalifi-kəmbin.Süruri-aləmi-fani degil murad bana,Bənü məhəbbəti-övladi-Seyyidüs-Səqəleyn.

Fələk zülmlər aşikar eylədi,Zəmanə müxalif mədar eylədi.Cəfa əhlini xürrəmü şadman,Vəfa əhlini xarü zar eylədi.

Lilləhil-həmd, zəmani-qəmü möhnət getdi,İçməgə cami-şəhadət bana növbət yetdi.Din təriqində şəhid olmaq idi kami-dilim,Verdi kami-dilimi, dəhr bana rəhm etdi.

Diriğa ki, bir-bir qürub etdilərSərasər nücumi-sipehri-vəfa.Gülüstani-iqbal gülbünləriSınub, oldu sərsəbz xari-cəfa.

Ah kim, dövran əməl qəsrini viran eylədi,Əhli-ümmidi əsiri-dami-hirman eylədi.Badi-bidadi-xəzan gülzari-ismət güllərinGöstərüb afət, açılmaqdan peşiman eylədi.Nüsxeyi-İslamdan şirazə açdı ruzigar,Ərseyi-aləmdə övraqın pərişan eylədi.

Dəvayi-dərdi-fəraqi-Həsən bana sənsən,Sənin təvəccöhünə xatirim riza verməz.Görür ədu sitəmin kim ki, bu məsafə girər,Mürüvvətim sənə mütləq sitəm rəva görməz.

Budur, ey nütfeyi-pakizə, vəsiyyət sənə kim,Nəqdi-can sərf qılub kəsbi-səadət qılasan.Ləzzəti-ömr səni qılmaya qafil Həqdən,Kəndünü qabili-iqbali-şəhadət biləsən.

Zəmanə bir gül etdi sərvə peyvənd,Vəli sərv olmadı gül birlə xürsənd.Araya saldı firqət ehtİraqın,Ana göstərdi ol sərvin fəraqın.Fələk bir riştəyə çəkdi iki dür,Kəsüb ol riştəyi tiği-təğəyyür,Bıraxdı bir-birindən dürləri dur,Qəza bu əmrədir guya ki, mə’mur.

Bənəm güli-çəməni-sidq Qasim İbni-HəsənKi, nəqdi-can qılıbam nəzri-xaki-payi-Hüseyn,Müqimi-kuyi-vəfayam, müsafiri-rəhi-Həq,Mütii-əmri-Həsən, talibi-rizayi-Hüseyn.

Budur ol nəqdi-Heydəri-KərrarKi, çəküb tiğ edəndə qəsdi-qital,Rəşkdən xəncərini daşa çalarLəm’eyi-bərqi-afitabmisal.Tayiri-tiri-tizpərvazıMeyli-seyd eyləsə açub pərü bal,Ana eylər həvayi-vəsl dutub,Mürği-ruhi-müxalif istiqbal.

Ey rikabi-rəxşi-iqbalın hilali-övci-din,Nəqşi-nə’li-mərkəbin mehrabi-ərbabi-yəqin.İqtidayi-şər’dir, fərmanına olmaq müti’,Əsli-imandır səni bilmək Əmirəlmö’minin.

Şahidi-zövqi-tələb rüxsarinə ey çərxi-dun,Bitəvəqqüf pərdeyi-fövtü fəna çəkmək nədir?Bir içim su vermədən təşnəcigərlər qəsdinə,Xəncəri-bidadü şəmşiri-cəfa çəkmək nədir?

Nədir, ey çərxi-zalim, yarı yarindən cüda qılmaq,Murad əhlin əsiri-dami-bidadü bəla qılmaq?!Çü lazımdır sənə qılmaq cüda hər yarı yarindən,Çəküb zəhmət nə lazım bir-biriylə aşina qılmaq?!

Rəhmət ol əhli-dillərə kim, ixtiyarla,Rəğbət bu kargahi-fənadan götürdülər.Bel bağlayub təriqi-məhəbbətdə mərdvar,Hər də’vi etdilərsə, yerinə yetürdilər.