Üçüncü bab

Məhəmməd Füzuli (1494–1556)

Hədiqətüs-süəda

Künci-bəqa sanma bu viranəyi,Etməyə gör qiblə bu bütxanəyi.Mehr götür günbədi-dəvvardən,Rəsmi-vəfa umma bu qəddardən.Mülki-vücudi ədəmabad bil,Görmə vücudun, ədəmin yad qıl.Açma cəhan zilinə çeşmi-həvəs,Əqdinə bel bağlama, peyvənd kəs.Dut ki, cəhan mülkini dutdun təmam,Sud nə, çün mülkinə yоxdur dəvam.Dəhr nədür, ayineyi-əksdar,Surəti-ayineyi-biе’tibar.

Təmə’ qılman vəfa mülki-cəhandan,Vəfa qandan, bu fani mülk qandan.Bu viran içrə sanman gənc yоxdur,Cəvahirdən ləbaləb künc çoxdur.Vəli adət bu olmuşdur ki, dövranQıla hər gənci bir topraqda pünhan.Gər idrak eyləsən hər zərreyi-xakÇəkibdür pərdəyə bin cövhəri-pak.

Dəhrdən arizuyi-kam etmə,Bunda kam istəyib məqam etmə.Fələki-tizgərdü tündxüram,Hiç nakama verməmişdür kam.

Dünyaya gələn gedər zəruri,Müstəlzimi-qeybdür hüzuri.Dövri-fələkün qərarı olmaz,Iqbalının е’tibarı olmaz.Dutdun dutalım cəhanı yeksər,Manəndi-Cəmü Qubadü Qeysər.Nə sud çün aqibət gedərsən,Əsbabi-cəhanı tərk edərsən.

Gəl, ey mülki-dünyayə məğrur olan,Meyi-zövqdən məstü məsrur olan.Giriftari-dami-bəlasan, saqın,Əsiri-dəmi-əjdəhasan, saqın.Giribanını pənceyi-ruzigarDutubdur həzər qıl sərəncami-kar.Səni dami-qəbrə giriftar edər,Başun möhreyi-rişteyi-mar edər.Gələn bu güzərgaha getmək gərək,Nüzul eyləyən rehlət etmək gərək.Bulunmaz cahan kargahında kam,Fərağət məqamı degil bu məqam.

Dövri-zəmanənin ədəmi-е’tibarinəŞahid şiya’i-vaqi’еyi-ənbiya yetər.Ümmali-karxaneyi-əhvali-aləməMövti-Nəbi əlaməyi-fövtü fəna yetər.

Оna dost olana dost ol, düşmən olana düşmən.</ref>"}}' id="mwjg">Gəl ey rizayi-Rəsul istəyən zühura gətür,Nişani-dövləti-tövfiqü vali mən vallah.Ədavəti-Əsədullaha olma qail kim,Sənə çəkilməyə şəmşiri-’adi mən ’adah

Еy şəriət şərəfindən qafil,Xələli-şər’ə dəmadəm mail.Mustəfadan nə cəfa yetdi sənə,Ol vəfapişə nə cövr etdi sənəKi, mükafatinə bidad etdin,Özün azarinə mö’tad etdin.Bünyeyi-şər’inə verdin təğyir.Alü övladinə çəkdün şəmşir.Ol səni sahibi-iman etdi,Lütflər göstərüb ehsan etdi.Sən anın zülm ilə irzin yıxdun,Daği-bidad ilə canın yaxdun.

Dilbərin üşşaqdan eyni-tələbdür nifrəti,Mən’dəndir mehri-tüğyani-məhəbbət şiddəti.Intifayi-nari-şövq eylər zülali-ittisal,Mən’ miqdarincədir mətluba talib rəğbəti.

Birinün fərqi tiği-zülmdən şəq,Dəmi-mö’cüz misali-bədr mütləq.Birinün zəhrdən hali digərgun,Məzaci təlx, gültək bağrı pürxun.Birinün laləvəş cismində yüz çak,Cigər qanilə cismi-çakı nəmnak.

Afitabi-şər’inə, bulmuşdu övci-irtifa’,Lacərəm məhrur olur bulduqca rif’ət afitab,Nola gər təb hiddətilə axsa cismindən ərəq,Bərgi-güldür axıdır fərti-hərarətdən gülab.

Rənci-rahət dilbərin dərdi dəvadır aşiqə,Rənci bihəd ol səbəbdən dərdi bipayan olur.Qafil olman dost dərdindən kim, olduqca füzun,Mövcibi-təşrifi-lütfü şəfqətü ehsan olur.

Yarın ələmi-eşqi dəvadan yeg olur,Xaki-səri-kuyi tutiyadan yeg olur.Üşşaqa həbib eylədügi cövrü sitəm,Qeyr etdügi lütfilə səxadan yeg olur.

Zəhrdən təlx olalı lə’li-şəkərbari-Həsən,Zəhr kamın hiç kim aləmdə şirin görmədi.Olalı şəmşirdən pürxun təni-paki-Hüseynİstirahət bulmadı şəmşir, təskin görmədi.

Vadiyi-qürbətdə tənhalıqdan ikrah eyləyüb,Murtəza Şibbiri həmxab etdi, Əhməd Şəbbəri.Qıldılar qismət vilayət bəhrinin gövhərlərin,Əkbər olan əkbəri hifz etdi, əsğər əsğəri.

Хəncəri-hicranü tiği-qət’ü şəmşiri-fəraq,Çak-çak eylərdi Zəhranın dili-əfgarını.Verməsəydi və’deyi-vəslin verəndə Mustəfa,Müjdeyi-zövqi-vüsalü dövləti-didarını.

Qəribi-mülki-vücud etdi arizuyi-vətən,Müqərrər oldu ki, ruh eyləyə vida’i-bədən.İrişdi vəqt ki, şəhbazi-aşiyaneyi-qüdsQıla iradət ilə tərki-həbsxaneyi-tən.

Dünyəvü üqba bənim mülkümdür, ey fəxri-rüsül,Sən bana bir bəndeyi-safidilü sahib-vüqar.Rə’y rə’yindür sənin, səndən bana yох imtina’,Eylədim ehsan sənə hər mülki etsən ixtiyar.

Хaliqim yegrək bilür bəndən bənim behbudimi,Bən ana tapşırmışam çoxdan ziyanü sudimi.

Dərda ki, binayi-şər’ viran oldu,Cəm’iyyəti-İslam pərişan oldu.Vermişdi fələk muradımız lütf qılub.Guya ki, bu lütfdən pəşiman oldu.

Görün ol padişəhin ümmətə qəmxarlığın,Ümməti-biədəbin zülmü sitəmkarlığın.

Necə gözdən getməsün xunabə, canandır gedən,Necə cismi-zar ayaqdan düşməsün, candır gedən.Necə aləm olmasun əhli-nəzər çeşminə tar,Çün nəzərdən çeşmeyi-xurşidi-rəxşandır gedən.

Dəmi-vida’dır, ey çeşmi-tər, sirişk rəvan qıl,Zəmani-hicrdir, ey dil, töküb sirişk fəğan qıl.

İştiyaqi-dövləti-qürbündədir ərvahi-qüds,Rəf’ edüb zülmət hicabın ərz qıl didarını.Rövzeyi-Rizvana vəslindən nəsib et növbəhar,Hurü qılman bəzminə şəm’ et məhi-rüxsarını.

Uçdu ol tavusi-qüdsi-aşiyan,Getdi ol şahənşəhi-ülvi məkan.Gər cahana mümkin olsaydı bəqa,Tərk edüb getməzdi andan Mustəfa.

Ağla, ey Zəhra ki, səndən Mustəfadır fövt olan,Mustəfa fövti zəminü asimanı ağladur.Əfzəli-xəlqi-cahan çıxmış cəhandan lacərəm,Bu müsibət cümleyi-xəlqi-cəhanı ağladur.